BAKI, 28 fevral — Sputnik. "Hollywood" məşhurları 91-ci "Oscar" mükafatının təqdimat mərasimindən sonra "Vanity Fair" dərgisinin studiyasında bir-birindən fərqli formada kamera önünə keçiblər.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, məşhurların bu pozları fotoqraf Mark Seliqer tərəfindən qeydə alınıb. Ledi Qaqa, Cennifer Lopes və digər məşhurların "Oscar" mükafatından sonra çəkdirdikləri yeni fotoları təqdim edirik: