Yerdə çox güclü maqnit qasırğası başlayıb

Bundan əlavə, bizi atmosfer təzyiqinin anomal şəkildə düşməsi gözləyir.
Sputnik

BAKI, 28 fevral - Sputnik. Bu gün Yer kürəsində güclü geomaqnit qasırğası  başlayıb. 

Nazir xəbərdarlıq etdi: yenə qasırğa olacaq

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, təbiət hadisəsi martın 2-dək davam edəcək.

Günəş küləyi yuxusuzluq, ağır baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin düşməsinə səbəb ola bilər.

Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqların baş verməsi gözlənilir.

Bundan əlavə, bizi atmosfer təzyiqinin anomal şəkildə düşməsi gözləyir. Sonuncu dəfə belə anomal hadisə 1990-cı ildə qeydə alınıb. Mütəxəssislər güclü fiziki və əqli yüklənmələrdən, eləcə də ağır qidadan imtina etməyi məsləhət görürlər.