QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanın işğal altındakı bölgəsinə gözlənilməz səfər

Vanetsyan, həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşən hərbçilərə baş çəkib
Sputnik

BAKI, 28 fevral — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Bu barədə Sputnik Ermənistan xəbər verib.

Məlumata əsasən, ötən gün baş tutan səfər zamanı Ermənistanın MTX rəhbəri separatçı rejimin "lideri" Bako Saakyanla görüşüb.

Vanetsyan, həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşən hərbçilərə baş çəkib.