CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn həftə Milli Məclisin növbəti plenar iclası keçiriləcək

"Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Reklam haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq
Sputnik

BAKI, 28 fevral — Sputnik. Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2018-ci ilin illik məruzəsi dinləniləcək.

Cəzaların İcrası, İnzibati Xətalar, Şəhərsalma və Tikinti və digər məcəllələrdə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Reklam haqqında", "Gənclər siyasəti haqqında", "Pasportlar haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq.