BMT: İŞİD terror təşkilatı dirçələ bilər

Belə xəbərdarlıqla BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında çıxış edib
Sputnik

BAKı, 28 fevral - Sputnik. İŞİD terror qruplaşmasıdarmadağın edilib, amma onun dirçəlişi təhlükəsi qalır.

"Report" xəbər verir ki, belə xəbərdarlıqla BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında çıxış edib.

"Sülh nailiyyəti ilə bağlı məsələ öz miqyası və çətinliyinə görə böyükdür. İŞİD öz yerində məğlub edilib, amma təcrübə göstərir ki, o, yenidən yarana bilər", - deyə o bildirib.