HADİSƏ

Türkiyəyə məxsus gəmiyə atəş açıldı, yaralananlar var

Türkiyənin balıqçı gəmisinə atəş açıldı
Sputnik

BAKI, 27 fevral — Sputnik. Rumıniyanın Sahil təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən Türkiyəyə məxsus balıqçı gəmisinə atəş açılıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, atəş nəticəsində 3 balıqçı yaralanıb. Balıqçılar hadisənin ölkələrarası sularda baş verdiyini bildirib. Məlumata görə, Rumıniyanın təhlükəsizlik xidmətinin əməkdaşlarının “dayan” əmrinə tabe olmadığı üçün gəmiyə atəş açılıb.

Baş verən hadisə mobil telefon vasitəsi ilə çəkilib.