Dünyanın taleyini həll edən görüşdən sonra ilk açıqlama

Tramp Kim Çen In ilə, təxminən, 20 dəqiqə təkbətək görüş keçirib
Sputnik

BAKI, 27 fevral — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, Koreya ilə "xüsusi" münasibətləri var.

ABŞ Senatı Donald Tramp qarşısında geriyə addım atdı

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ABŞ prezidenti bunu Şimali Koreya lideri Kim Çen Inla təkbətək görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Bizim olduqca xüsusi münasibətlərimiz var. Yaxşı dialoq baş tutdu. Sabah olduqca gərgin gün olacaq. Bir sıra məsələlər həll olunacaq" - deyə Tramp yazıb.

ABŞ prezidenti Donald Tramp, həmçinin Koreya müharibəsinin sona çatmasına dair formal bəyannamənin imzalanmasını istisna etməyib.

Qeyd edək ki, Vyetnamın paytaxtı Hanoy şəhərində ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında ikinci tarixi görüş baş tutub.

Tramp Kim Çen In ilə, təxminən, 20 dəqiqə təkbətək görüş keçirib.

Onlar eyni zamanda, onlar "Sofitel Legend Metropole" hotelində iki saata yaxın müddətdə birlikdə olacaqlar.

Tramp görüşdən qabaq bəyan edib ki, Kim Çen Inla sammit "olduqca uğurlu" olmalıdır.

Kim Çen isə öz növbəsində bəyan edib ki, Trampla görüşün nəticələrinin hamını qane edəcəyinə ümid edir.

Qeyd edək ki, ABŞ və Şimali Koreya rəhbərliyi arasında ilk sammit 12 iyun 2018-ci ildə Sinqapurda baş tutub. Ölkələrin liderləri birgə bəyanat imzalayıblar. Bəyanatda göstərilir ki, Şimali Koreya özünü nüvəsizləşdirməyə hazırdır.