Tramp Rusiyaya qarşı kiber hücuma razılıq verib

Söhbət İRA-nın ABŞ Konqresinə keçirilən seçkilərdə internetə çıxışının bloklanmasından gedir
Sputnik

BAKI, 27 fevral — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp şəxsən Rusiyanın "İnternet Araşdırmalar Agentliyinə" (İRA) qarşı ABŞ-ın Kibernetik Komandanlığının fəaliyyətini şəxsən təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "NBC News" öz mənbələrinə istinadən bildirib.

Telekanalın məlumatına görə, bu Tramp Administrasiyası tərəfindən "Rusiyanın seçkilərə müdaxiləsinə" "ən aqressiv" hücumdur.

Qeyd olunur ki, söhbət İRA-nın ABŞ Konqresinə keçirilən seçkilərdə internetə çıxışının bloklanmasından gedir.