HADİSƏ

Sabah təhlükəli təbiət hadisəsi baş verəcək

Geomaqnit pozğuntularının əsas səbəbi kimi Günəşdə olan iki koronal dəliklər göstərilir
Sputnik

BAKI, 27 fevral — Sputnik. Fevralın sonuncu günü maqnit qasırğası gözlənilir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ekspertlərin fikrincə, fevralın 28-də maqnit qasırğası 25 faiz olacaq. 

Geomaqnit pozuntularının əsas səbəbi kimi Günəşdə yaranmış iki koronal dəlik göstərilir.

Günəşdə maqnit qasırğası fevralın 20-dən müşahidə edilir. Bir müddət öncə - yanvarın 5-25-ə olan müddətdə də qasırğa müşahidə edilmişdi. İlk və sonrakı qasırğa arasında olan müddət 27 günə - Günəşin oxu ətrafında dönməsi müddətinə bərabərdir.

Qeyd edək ki, alimlər martın 1-də, 19-20 martda də maqnit qasırğalarının olacağını bildirir.