CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evində ayı saxlayan şəxs cərimə ediləcək

Belə xətalara yol verən fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur
Sputnik

BAKI, 27 fevral — Sputnik. Quba rayonunda fərdi təsərrüfatlardan birində, adı Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər görülür.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbiətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

ETSN bir daha hava barədə xəbərdarlıq edir

O bildirib ki, qonur ayı götürülərək baytar həkim tərəfindən müayinə olunacaq, sağlam olduğu təqdirdə vəhşi təbiətə buraxılacaq. Əgər ayıda hər hansı xəstəlik aşkar edilərsə, o zaman ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

"Qanun pozucusu barəsində protokol tərtib ediləcək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunacaq" - deyə qurumun sözçüsü əlavə edib.

İbrahimova qeyd edib ki, belə xətalara yol verən fiziki şəxslər 200 manatdan 500 manatadək, isə vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur.

Nazirlik rəsmisi onu da bildirib ki, belə hallarla rastlaşan hər bir vətəndaşdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"inə müraciət etmələri xahiş olunur.