RUSİYA

Kişilər həbsxanda azadlıqdakına nisbətən daha az ölür

Bəzi məlumatlara görə, əmək qabiliyyətli əhali içərisində bütün ölümlərin 38%-i alkoqollu içkilər səbəbilə baş verir
Sputnik

BAKI, 27 fevral — Sputnik. Rusiyalı kişilər həbsxanada azadlıqda olan həmcinslərinə nisbətən 3 dəfə daha az ölürlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Federasiya Şurasının sosial siyasət komitəsinin dəyirmi toplantının iclasında deyilib.

"Rusiyada kişilərin ömür müddətini artırmaq istədikdə azadlığın keyfiyyəti, yollar və iş yerlərlə bağlı suallar yaranır", - deyə iclasda bildirilib.

Bəzi məlumatlara görə, əmək qabiliyyətli əhali içərisində bütün ölümlərin 38%-i alkoqollu içkilər səbəbilə baş verir.

"Alkoqollu içkilər qadınların ömrünü 17, kişilərin ömrünü isə 20 yaş azaldır. Güclü cinsin nümayəndələrinin 44 faizi təqaüd yaşına qədər yaşaya bilmir", - deyə toplantıda bildirilib.