SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran ətrafında vəziyyət Ermənistanı narahat edir - Paşinyan

Ermənistan həm İran tərəfi, həm də prosesə aidliyi olan digər tərəflərlə koordinasiyalı işi, dialoqu davam etdirir
Sputnik

BAKI, 27 fevral — Sputnik. "Ermənistan özünün ən önəmli tərəfdaşların biri olan İran ətrafında olan bütün hadisələri diqqətlə izləyir". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İranın "İRNA" nəşrinə müsahibəsində bildirib.

"2015-ci ildə Ermənistan İranın nüvə proqramın qəbul olunmasını alqışlayan ilk ölkələrdən biri olub. Çünki bu regional sabitlik və regionda əməkdaşlıq üçün yeni imkanlar açırdı. Təbii ki, İran ətrafında son baş verənlər bizi də narahat edir", - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, hazırkı şərtlərdə Ermənistan həm İran tərəfi, həm də prosesə aidliyi olan digər tərəflərlə koordinasiyalı işi, dialoqu davam etdirir.

Baş nazir qeyd edib ki, Ermənistan rəhbərliyi aydın şəkildə mövcud problemləri dilə gətirir. O, həmçinin əminliyini bildirib ki, Ermənistanın konstruktiv yanaşması mövcud problemlərin həllinin axtarışında pozitiv faktor ola bilər.