SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Batumiyə dəvət edilib

“Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq”
Sputnik

BAKI, 27 fevral — Sputnik. Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevi Batumi konfransına dəvət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyev ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatda bildirib.

"Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir”.