İQTİSADİYYAT

Ekspert Trampın yüksək neft qiymətlərinə qarşı olmasının səbəblərini şərh edir

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ABŞ-da benzin qiymətləri vətəndaşların siyasi seçiminə təsir etmək gücünə malikdir
Sputnik

“ABŞ-ın neft hasilatı yüksək olduğu üçün qiymətlərə təsiri yüksəkdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, hazırda ABŞ-da hasilat ən yüksək həddə çatıb, hətta bu göstəriciyə görə Səudiyyə Ərəbistanı və Rusiyanı ötüb: “Təbii olaraq, bunun da OPEC-ə ciddi təsirləri var. Ona görə də ABŞ prezidnetinin neftlə bağlı hansısa çıxışı bazarda həssas qarşılanır. Çünki bazardakılar da bilir ki, ABŞ-ın Səudiyyə Ərəbistanına təsirləri böyükdür. ABŞ avtomobil ölkəsidir və neftin bahalaşması benzin qiymətlərində artıma səbəb olur. Ona görə də Tramp neft qiymətlərinin artmasını istəmir. Çünki ABŞ-da benzin qiymətləri vətəndaşların siyasi seçiminə təsir etmək gücünə malikdir. Qarşıdan yeni prezident seçkiləri gəlir. Bu baxımdan Trampın çıxışlarının səbəblərini anlamaq olar”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz