BAKI, 27 fevral — Sputnik. Moskvada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar aksiya keçirdiklərinə görə saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıb.
Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, bu barədə Moskva şəhərinin Presnenski Rayon Məhkəməsi qərar çıxarıb.
Hökmə əsasən, onlar cərimə olunublar.
Qeyd edək ki, fevralın 26-da bir qrup azərbaycanlı gənc Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə fləşmob keçirməyə cəhd göstəriblər. Onlar Azərbaycan bayraqları və Xocalı soyqırımı ilə bağlı şüarlarla bəzədilmiş avtomobillərlə avtoyürüş etmək istəsələr də, polislər buna imkan verməyiblər. Gənclər saxlanılaraq polis bölməsinə aparılıblar.