Paşinyanın İran səfərinə hazırlıq gedir

Tehranda səfir və nazir arasında görüş baş tutub
Sputnik

BAKI, 26 fevral — Sputnik. Ermənistanın İran İslam Respublikasındakı səfiri Artaşes Tumanyan bu ölkənin Rabitə və texnologiya naziri Məhəmməd Cavad Azari Cahromi ilə görüşüb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Ermənistan XİN-in yaydığı məlumata görə, görüş zamanı ölkələr arasında informasiya texnologiyaları və telekommunikasiya sahəsində həyata keçirilən proqramlar müzakirə olunub.

Səfir və iranlı nazir Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana yaxın vaxtlarda baş tutacaq səfərinə dair də fikir mübadiləsi də aparıb.

Qeyd edək ki, fevralın 27-i Ermənistan baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə gedəcək.