SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov Cenevrəyə gedib

Bir-sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub
Sputnik

BAKI, 26 fevral — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 40-cı sessiyasında iştirak etmək məqsədlə Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Elmar Məmmmədyarovun BMT İHŞ-nin 40-cı sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, habelə bir-sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.