Yerevanda qanlı gecə: Avtomobillər gülləbaran edilib, yaralılar var

Faktla bağlı araşdırmalar aparılır, yaralıların şəxsiyyəti dəqiqləşdirilir
Sputnik

BAKI, 25 fevral — Sputnik. Ermənistanın paytaxtı Yerevanda ötən gecə atışma baş verib. Sputnik Ermənistan xəbər verir ki, gecə saatlarında "Erebuni" və "Ermənistan" xəstəxanalarına üç nəfər güllə yaraları ilə gətirilib.

Məlumata əsasən, Baqratunyats küçəsində yerləşən avtoyuma məntəqlərindən birində polislər və müstəntiqlər üzərində mərmi izləri olan "Range Rover" markalı avtomobil aşkarlayıblar. Avtomobilin salonunda isə beysbol bitası və qan içində olan gödəkçə aşkarlanıb.

Polis və müstəntiqlər, həmçinin üzərində mərmi izləri olan "Tayota" markalı avtomobil də tapıblar. Faktla bağlı araşdırmalar aparılır. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.