QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Suriya erməniləri işğal olunmuş ərazilərə köçürülür”

“Ermənistan münaqişənin həll olunmasında maraqlı deyil” 
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. “Ermənistan tərəfi qeyri-qanuni şəkildə Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür”.

XİN mövqeyini bildirdi: Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlər sübutlar" adlı hesabatın təqdimatı zamanı bildirib.

Hacıyevin sözlərinə görə, Ermənistan tərəfi humanitar siyasət adı altında öz çirkin məqsədlərini həyata keçirərək Suriyadan erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürürlər.

PA rəsmisi vurğulayıb ki, beynəlxalq qanunlara əsasən insanları kütləvi şəkildə münaqişə zonasına köçürmək yolverilməzdir. Lakin Ermənistan tərəfi buna məhəl qoymur və öz qanunsuz fəaliyyətini davam etdirir: "Bu bir daha göstərir ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına maraqlı deyil".