Putin və Paşinyan telefonla danışıblar

Telefon danışığı zamanı Rusiya və Ermənistan arasındakı əməkdaşlığın inkişafı, o cümlədən, regional problemlər müzakirə edilib
Sputnik

BAKI, 25 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadla xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya və Ermənistan arasındakı əməkdaşlığın inkişafı, o cümlədən, regional problemlər müzakirə edilib.

“Fevralın 25-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığında iki ölkə arasındakı əməkdaşlığın inkişafı, o cümlədən, regional problemlər müzakirə edilib”, - məlumatda qeyd olunub.