SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hacıyev: “Ermənistanın iddiaları danışıqlara xələl gətirir”

“Azərbaycan danışıqlar prosesini dəstəkləyir və bu konstruktiv mövqeyimiz beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir”
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrlərin regiona səfəri zamanı Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bir daha onların nəzərinə çatdırılıb.

Brüsseldə ümumavropa Qarabağ mitinqi olub

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açqılamasında bildirib.

O, qeyd edib ki, münaqişənin həlli prosesinə nəzərə yetirilsə, hazırda Ermənistan tərəfindən müəyyən iddialar səsləndirilir: "Bu danışıqlar prosesinin ümumi ruhuna xələl gətirir. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və həmsədr ölkələr daha aktiv səylər göstərək Ermənistanı danışıqlar prosesində daha konstruktiv rol oynamasını təmin etməlidirlər. Azərbaycan danışıqlar prosesini dəstəkləyir və bu konstruktiv mövqeyimiz beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir".

H.Hacıyev qeyd edib hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, həmçinin hər iki ölkənin rəhbərlərinin yaxın gələcəkdə görüşünə dair hər hansı bir məlumat yoxdur.