SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Ermənistan Azərbaycanın sərvətlərini istismar edərək satır”

Hikmət Hacıyev: “Ermənistan tərəfinin bu qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə maneə olur”
Sputnik

BAKI, 25 fevral — Sputnik. “Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyəti bu gün də davam edir".

Ermənistan Silahlı Qüvvələrinin Zəngilanı işğal etməsindən 25 il ötür

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar" adlı hesabatın təqdimatı zamanı bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunduqdan sonra həmin ərazidə qanunsuz fəaliyyətə başlayıb: "Ermənistan tərəfi işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətini daha da genişləndirib, Azərbaycanın təbii və mineral sərvətlərini istismar edərək, dünya bazarında satışa çıxarır".

Hacıyev qeyd edib ki, beynəlxalq qanunvericiliyə əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunur. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara əməl etmir.

PA rəsmisi bildirib ki, Azərbaycan tərəfinin müraciət əsasında ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub. Hacıyevin sözlərinə görə, Ermənistan tərəfinin bu qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə maneə olur.