CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda sürət həddi endirildi

Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib
Sputnik

BAKI, 25 fevral — Sputnik. Hava şəraiti Bakıda sürət həddinin endirilməsinə səbəb olub.

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.