HADİSƏ

Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO

Yanğın binanın 23-cü mərtəbəsinə çatıb
Sputnik

BAKI, 25 fevral — Sputnik. Bakıda çoxmərtəbəli yaşayış binası yanır. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Yanğın Lider telekanalının binasının yaxınlığında, Şəfayət Mehdiyev küçəsindəki 97 nömrəli yeni tikilmiş binada qeydə alınıb.

Yanğın yerli vaxtla təxminən saat 11:45-də başlayıb. Şahidlərin sözlərinə görə, hadisə yerinə altı yanğınsöndürmə briqadası cəlb olunub.

Yasamal RPİ-dən bildiriblər ki, hələlik zərərçəkmişlər barədə məlumat yoxdur. Yanğının mənzillərdən birində başladığı bildirilir. Hazırda yanğının 23-cü mərtəbəyə çatdığı, binadan sakinlərin təxliyə edildiyi bildirilir. Təxliyə edilənlər arasında uşaqlar da var.

Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO

Artıq iki uşaq yanğınsöndürənlərin köməyi ilə yanan binadan çıxarılıb.