Azərbaycanda vəzifəli şəxs vəfat edib

R.İbrahimovun Bakı şəhərində yaşadığı evdə vəfat etdiyi bildirilir
Sputnik

BAKI, 25 fevral - Sputnik. Azərbaycanda icra başçısı vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında qəfildən dünyasını dəyişib.

R.İbrahimovun Bakı şəhərində yaşadığı evdə vəfat etdiyi bildirilir. Hələ ki, ölüm səbəbi dəqiq açıqlanmır.

Qeyd edək ki, Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

Azərbaycanda vəzifəli şəxs vəfat edib

Allah rəhmət eləsin!