SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hazırlanır

“Görüşün dəqiq yeri və tarixi hələlik təyin olunmayıb"
Sputnik

BAKI, 25 fevral — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş üçün hazırlıq işləri görülür.

Sputnik Azərbaycan xəbər verir ki, bunu brifinq zamanı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib.

“Dağlıq Qarabağ məsələsinin həllinə dair Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gündəmdədir” - deyən L.Abdullayeva bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri zamanı da müzakirə olunduğunu qeyd edib.

“Görüşün dəqiq yeri və tarixi hələlik təyin olunmayıb" - XİN sözçüsü bildirib.