RUSİYA

Lavrov: "Nüvə danışıqları "dondurulub""

Şimali Koreya lideri Kim Çen Inla görüş 27-28 fevral tarixlərində Vyetnamda keçiriləcək
Sputnik

BAKI, 25 fevral — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Birləşmiş Ştatlar Şimali Koreya ilə vəziyyətlə əlaqədar Moskva ilə məsləhətləşib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.  

Trampla Kim Çen Inın ikinci görüşünün vaxtı açıqlanıb

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya ilə prezident Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inla görüş ərəfəsində məsləhətləşib.

Lavrov əlavə edib ki, Şimali Koreya üzrə altıtərəfli danışıqlar bu görüşün uğurlu keçməsindən asılı olacaq: "Hazırda Şimali Koreyanın nüvə probleminə dair 6 tərəfli danışıqlar "dondurulub"".

Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreya lideri Kim Çen Inla görüş 27-28 fevral tarixlərində Vyetnamda keçiriləcək.

Qeyd edək ki, ABŞ və Şimali Koreya rəhbərliyi arasında ilk sammit 12 iyun 2018-ci ildə Sinqapurda baş tutub. Ölkələrin liderləri birgə bəyanat imzalayıblar. Bəyanatda göstərilir ki, Şimali Koreya özünü nüvəsizləşdirməyə hazırdır.