BAKI, 24 fevral - Sputnik. Sankt-Peterburqun mərkəzində iki meyit, 3 şil-küt olmuş yaralı və bir nisbətən yüngül yaralı. Azərbaycanlı gənc "BMW X6" markalı maşını səkinin üstü ilə 120 metr uçuraraq piyadaları vurub.
Sputnik Azərbaycan “Fontanka” nəşrinə istinadla xəbər verir ki, hadisəni törədən şəxs Rusiya vətəndaşı, 30 yaşlı azərbaycanlı Murad Qasımovdur.
Son model avtomobillərin və dəbli nömrələrin satışı ilə məşğul olan Murad Qasımov sosial şəbəkədəki səhifəsində “Mercedes” və "BMW" markalı maşınları xoşladığını yazıb.
Onun törətdiyi qorxunc qəza ötən gecə yerli vaxtla təxminən saat 02:00-da baş verib.
Tünd rəngli yan şüşələri olan qara rəngli BMW X6 sürətlə Liteynaya küçəsi ilə kəsişmədə şütüyüb. Bir qədər fasilə verərək 53 nömrəli binanın yaxınlığında "Mersedes" markalı avtomobili ötüb. Sonra "Škoda Octavia" markalı maşını vuran BMW səkiyə çıxıb. Maşın yandakı işıq dirəyinə yüngülcə toxunandan sonra səkidəki piyadaları biçib. Sürəti azaltmayan BMW pidalarla yanaşı Starbacks kafesinin də qapılarını qırıb.
Burada maşın iki nəfəri öldürüb. Onlardan biri 40 yaşlı ABŞ vətəndaşı Todd Eşli Krovel olub. Maşında enerji o həddə olub ki, bu qədər zərbələr onun sürətini yavaşmaq üçün yetərli olmayıb. Avtomobil inamla səkidə hərəkətə davam edib. On metr sonra BMW Corinthia Hotels-in sütunlarının altından keçib.
Maşın daha 50 metr də hərəkət edəndən sonra Nevski küçəsinə çıxıb. Burada nəhayət hərəkətə ara verib.
Meyitləri hadisə yerindən dərhal aparmayıblar. Təcili yardım 3 nəfər ağır yaralanı xəstəxanaya çatdırıb.
Sürücünün özü isə ciddi xəsarət almayıb. Ola bilsin, başı bir neçə dəfə harasa dəyib. Amma polislər onun üzərində qan görməyiblər. Sürücü baş vermiş hadisəni gecdən-gec dərk edib. Əvvəlcə onun nə dediyini başa düşməyiblər, sonra dili açılıb. O, anlaqlı vəziyyətdə proqramlaşdırılmış suallara açıq şəkildə cavab verib.
Məlum olub ki, Murad Qasımov Azərbaycanda anadan olub. 2010-cu ildən ailəsi ilə birlikdə Sankt-Peterburqda yaşayır. Con Rid küçəsindəki 3 otaqlı mənzildə Murad Qasımovla birlikdə 21 nəfər yerlisi qeydiyyatdadır. Qəzadan dərhal sonra Muradla birlikdə yaşayan çoxsaylı qohumları hadisə yerinə gəliblər. Lakin onlar polisin mühasirəyə aldığı Muradı görə bilməyiblər. Hadisə yerinə Sankt-Peterburq şəhər polisinin rəisi şəxsən gəlib. Ənənəvi Qafqaz hay-küyü də bir işə yaramayıb.
Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Qasımov yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Bəzi cərimələrinə görə hələ də dövlətə borcludur.
Ekspertizadan keçərkən, Murad həkimə etiraf edib ki, dünən axşam barlardan birində “şarik” iyləyib, sükan arxasında isə, sadəcə olaraq, “sönüb”. Qəza zamanı nə baş verdiyinin fərqində olmayıb.
Qasımovun sahibkarlıq fəaliyyəti və Rusiyadakı azərbaycanlı burjuaziyasına daxil olub-olmadığı məlum deyil. Sadəcə o məlumdur ki, onun atası ciddi sahibkardır. Bu səbəbdən də o, "Vkontakte"də dəbli avtomobilləri və bahalı maşın nömrələrini bəyannaməsiz-filansız təqdim edə bilir. O, sorğu protokolunda işsiz olduğunu qeyd edib.