RUSİYA

Lukaşenko Rusiya ilə birgə ABŞ-a qarşı çıxacaq

Bu cür illüziyalara qapılmaq lazım deyil, Rusiyanın cavabı effektiv olacaq.
Sputnik

BAKI, 23 fevral — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ABŞ Avropaya raket yerləşdirdiyi təqdirdə Moskva ilə birgə tədbirlər görməyə hazırdır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Lukaşenko hesab edir ki, "Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" sazişdən çıxmasından istifadə edərək Avropada yeni raketlər yerləşdirə bilər: "Bu bizi də narahat edəcək. Ona görə də biz Rusiya ilə birgə cavab tədbirləri ilə görməli olacağıq. Bu baş versə bundan qaça bilməzsən. Allah Eləməsin bu raketlər Ukrayna ərazisində yerləşdirilsə onda daha pis olacaq".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib ki, Rusiya Avropada birinci olaraq raketləri yerləşdirmək niyyətində deyil: "Əgər ABŞ bunu etsə, onda vəziyyəti kəskin şəkildə gərginləşdirəcək. Bu Rusiya üçün təhdiddir. Bu baş verəcəyi təqdirdə raketlərin Moskvaya uçması üçün təxminən 10 dəqiqə lazım olacaq. Bu halda Rusiyanın cavabı simmetrik olacaq. Biz vəziyyətin gərginləşməsinə istəmirik".

Putin vurğulayıb ki, Birləşmiş Ştatlar raket əleyhinə müdafiə sistemlərində üstünlük əldə etməyə çalışır. Lakin bu cür illüziyalara qapılmaq lazım deyil, Rusiyanın cavabı effektiv olacaq.