HADİSƏ

İtkin düşən şəxsin meyiti tapıldı

FHN itkin düşən şəxsin meyitini tapdı
Sputnik

BAKI, 23 fevral — Sputnik. “22 fevral 2019-cu il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb. Bu gün isə həmin şəxsin meyiti tapılıb”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat verib.

“Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb. Hazırda meyitin dağdan endirilməsi ilə bağlı tədbirlər həyata keçirilir”, – deyə məlumatda bildirilib.