BAKI, 23 fevral — Sputnik. “The Economist Intelligence Unit” tərəfindən dünyanın ən bahalı şəhərlərinin adları açıqlanıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, dünyanın ən bahalı şəhəri Sinqapur seçilib. Sonrakı yerdə Fransanın paytaxtı Paris, İsveçrənin Sürix şəhəri qərarlaşıb. Digər şəhərlərin yerləri isə bu ardıcıllıqla sıralanıb.
Honq-Konq – Honq-Konq
Oslo – Norveç
Cenevrə – İsveçrə
Seul – Cənubi Koreya
Kopenhagen – Danimarka
Təl-Əviv – İsrail
Sidney - Avstraliya