İQTİSADİYYAT

Bankda pulu olanlar üçün şad xəbər

Prezident İlham Əliyev əmanətlərin tam sığortalanması müddətinin daha 1 il artırılmasını nəzərdə tutan dəyişikliyi təsdiqləyib
Sputnik

BAKI, 23 fevral - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən qanunun 3-cü maddəsində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilib.

Bununla da Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.