İQTİSADİYYAT

“Cənub Qaz Dəhlizi”nə hansı ölkələr qoşula bilər - professor açıqladı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, “Cənub Qaz Dəhlizi” yalnız Azərbaycanın resursları hesabına qarşısına qoyulan məqsədlərə çata bilməz
Sputnik

“Balkan ölkələri “Cənub Qaz Dəhlizi”nə qoşula bilərlər”. Bunu energetika naziri Pərviz Şahbazov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununda keçirilmiş mətbuat konfransında deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, layihəyə yeni ölkələrin qoşulması onun səmərəliliyini və effektivliyini artıra bilər:

““Cənub Qaz Dəhlizi” yalnız Azərbaycanın resursları hesabına qarşısına qoyulan məqsədlərə çata bilməz. Şahdəniz yatağında olan resurslar hesabına Avropanın, maksimum, iki-üç faizlik tələbatını ödəmək olar. Avropa iqtisadiyyatı baxımından aşağı göstəricidir. Amma Azərbaycan iqtisadiyyatı üçün böyük rəqəmlərdir. Layihəyə əlavə iştirakçıların qoşulması bu baxımdan Avropa üçün önəm daşıyır. İlk növbədə bu layihəyə Türkmənistan qoşula bilər və bunda onun özü maraqlı olmalıdır. Bütövlükdə bu layihə Avropa üçün strateji əhəmiyyət kəsb edir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz