HADİSƏ

Bakıda avtomobil körpüdən aşdı, tıxac yarandı

Bu səbəbdən hazırda həmin istiqamətdə tıxac müşahidə olunur
Sputnik

BAKI, 22 fevral — Sputnik. Bakıda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan Bakı  Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçəsinin kəsişməsində, körpünün üstündə (Koroğlu istiqamətində) avtomobil aşıb. Bu səbəbdən hazırda həmin istiqamətdə tıxac müşahidə olunur.

Hadisə zamanı sürücü yüngül xəsarət alıb. O, üz nayihəsindən yaralanıb.