Güclü zəlzələnin baş verdiyi an kameralara həkk olundu

Görüntülərdə isə insanların qorxaraq qaçdıqları, küçələrə tökülüşdükləri əks olunub
Sputnik

BAKI, 21 fevral — Sputnik. Türkiyədə yenidən zəlzələ baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə Çanaqqala tərpənib.

Dünən axşam 21:23 radələrində bölgədə 5 bal gücündə zəlzələ baş verib. Hadisənin baş vermə anları təhlükəsizlik kameralarına yazılıb. Bir görüntüdə evdə ailənin zəlzələ baş verən zaman göstərdiyi reaksiya kameralara həkk olub. Digər görüntülərdə isə insanların qorxaraq qaçdıqları, küçələrə tökülüşdükləri əks olunub.

Qeyd edək ki, güclü zəlzələ zamanı ölənlər olmayıb.