CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş həkim ötən il dəm qazından ölənlərin sayını açıqladı

"Onlar ağır vəziyyətdə gətirildikləri üçün dünyalarını dəyişiblər"
Sputnik

BAKI, 20 fevral — Sputnik. “Ötən həftə ərzində dəm qazı ilə bağlı 14 müraciət daxil olub. Müraciət edənlərdən beşi xəstəxanaya qəbul edilib. Onların arasında azyaşlı olmayıb". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.

Ötən həftə müraciət edənlər arasında ölənlərin olmadığını deyən baş həkim ötənilki statiskanı da təqdim edib: “Ötən il dəm qazından boğulma ilə əlaqədar müraciət edənlərdən yalnız ikisi dünyasını dəyişib. Dünyasını dəyişənlər 31 və 36 yaşda olublar".

"Sadəcə olaraq onlar ağır vəziyyətdə gətirildikləri üçün dünyalarını dəyişiblər. Çünki dəm qazı ilə zəhərlənmə baş verdikdə müəyyən vaxtdan sonra beyində bir ocaq yaranır. O ocaq yarandıqda isə xəstənin həyatını xilas etmək çətin olur” – deyə A.Maqsudov əlavə edib.