SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyədən bir addım öndə: Azərbaycan Avropa İttifaqına yaxınlaşır

Azərbaycan Aİ ilə siyasi bərabərlik əsasında saziş imzalamaq istəyir
Sputnik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Henrik Hololey İlham Əliyevi ötən prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi, bunu xalqın ölkədə sabitliyə və inkişafa göstərdiyi etimad kimi dəyərləndirib. Bu səfəri zamanı Azərbaycanın bölgələrində olduğunu və gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib, ölkəmizin turizm və digər sahələrdə böyük potensiala malik olduğunu vurğulayıb.

Türkiyədən bir addım öndə: Azərbaycan Avropa İttifaqına yaxınlaşır

 

Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun yaradılması istiqamətində çox böyük layihələrin reallaşdığını vurğulayaraq, altı beynəlxalq hava limanının, beynəlxalq standartlara cavab verən avtomagistral yollarının, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası və digər işlərin həyata keçirilməsi nəticəsində ölkəmizin mühüm beynəlxalq nəqliyyat qovşağına çevrildiyini bildirib. Dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Şimal-Qərb istiqamətlərində nəqliyyat daşımaları sahəsində mühüm rol oynayacağını qeyd edərək, perspektivlər nəzərə alınmaqla bu sahədə artıq konkret işlərin görüldüyünü deyib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyi, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasının önəmi qeyd olunub, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Aİ ilə siyasi bərabərlik əsasında saziş imzalamaq istəyir. Hər iki tərəf görüşlərində sazişin əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu dilə gətirərək, bu layihə ilə əlaqədar qarşılıqlı anlaşma olduğunu biruzə veriblər.

Saziş barədə mandat əldə edilərkən gedən müzakirələrdə bildirilib ki, Aİ qonşuları ilə fərqləndirilmiş yanaşma seçməyə ehtiyac olduğunu qəbul edir.

Bu o deməkdir ki, Azərbaycan Aİ-nin siyasi assosiasiya və iqtisadi inteqrasiyası təkliflərindən özü istədiyi həcmdə faydalana biləcək.

Azərbaycan ilə bu tip sazişi hazırlamaq Aİ üçün də asan deyil. Çünki Aİ, ilk dəfə olaraq, Dünya Ticarət Təşkilatına (WTO) daxil olmayan bir ölkə ilə iqtisadi razılaşmaya gəlməlidir. Bunun üçün Azərbaycan WTO-ya daxil olanadək WTO-dakı mövcud mexanizmləri əvəzləyəcək və hər iki tərəfə faydalı yollar tapılmalıdır.

Bundan başqa, regional stabillik, Qarabağ məsələsi, iqtisadi-ticari danışıqlara dair ortaq dil tapmaq da uzun müzakirələrə səbəb ola bilər.

Bu saziş Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkələrlə bağladığı sazişlərə çox bənzəyir, bura siyasi, iqtisadi-ticari, enerji, regional təhlükəsizlik və Dağlıq Qarabağ istiqamətlərinin daxil ediləcəyi şübhəsizdir. Lakin hələlik sənədə daxil olacaq maddələrin dəqiq sayı naməlumdur.

Siyasi əməkdaşlıq daha önəmli olacaq. Bundan başqa iqtisadi və enerji sahəsi də əhəmiyyətli hesab edilir.

Yeni saziş Azərbaycan məhsullarının Avropa İttifaqının bazarlarına çıxışının yaxşılaşması məqsədilə Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin ən mühüm beynəlxalq ticarət norma və standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Lakin Aİ öz əsas dəyərləri, o cümlədən insan haqları sahəsində Azərbaycana güzəştə getməyəcək. Bu səbəbdən insan haqları məsələsi də bu sazişin əhəmiyyətli hissəsi hesab olunur.

Azərbaycan Avropa İttifaqı ilə çox geniş əməkdaşlıq etməyə tələsmir. Bunun üçün öncə iqtisadi cəhətdən hazırlıq lazımdır. Digər tərəfdən sözügedən sazişin imzalanması Azərbaycanı Avropa Birliyinin təsiri altına sala, bu amil isə qonşu ölkələrin qıcığına səbəb ola bilər. Rəsmi Bakı balans siyasəti aparır və bu baxımdan, adıçəkilən sazişin imzalanması prosesi uzana bilər.

Aİ Azərbaycana bu prosesdə müxtəlif proqramlar vasitəsilə lazımi köməyi əsirgəmir. Əsasən də bu islahatlara qanunları və təcrübələri Avropa standartlarına gətirmək və s. də daxildir. Hazırda Aİ-nin ölkə ilə bağlı "orta zaman planı" xüsusilə, siyasi və iqtisadi sahədə İttifaqla əlaqələri genişləşdirmək və dərinləşdirməkdir. Bu isə daha uzun müddətli münasibətləri inkişaf etdirə bilər. Digər tərəfdən, regional stabillik, Qarabağ məsələsi, iqtisadi-ticari danışıqlara dair ortaq dil tapmaq da uzun müzakirələrə səbəb ola bilər.

Hazırda Avropa İttifaqı ilə əməkdaşlıq məsələsində Azərbaycan Türkiyədən irəlidədir. Türkiyə ilə bu mötəbər beynəlxalq təşkilat arasında gərginlik yaşanır, danışıqlara tamamilə son qoyulması gözlənilir. Azərbaycan-Aİ danışıqları isə artıq yeni bir sazişin imzalanması ilə nəticələnmək üzrədir...