RUSİYA

Rusiyada çoxuşaqlı ailələrə böyük güzəştlər

Bu güzəştlər bu ilin yanvarın birindən qüvvəyə minəcək
Sputnik

BAKI, 20 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin ailələr üçün vergi yüklənməsinin azaldılmasının vacibliyini vurğulayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Rusiya lideri bu gün Federal Məclisə müraciət edərkən bildirib.

O, həmçinin çoxuşaqlı ailələrə məxsus torpaq sahələrinin 6 sotunun vergidən azad olunmasını istəyib: "Hökumət və Mərkəzi Bank çoxuşaqlı ailələr üçün ipotekanı 9 faizə endirməlidir".

Putin, həmçinin ipoteka götürən çoxuşaqlı ailələri 450 min rubl (11.5 min AZN) ayrılmasını təklif edib: "Biz bu məbləği üçüncü və daha çox övladı olan şəxslərə şamil edəcəyik. Bu güzəştlər bu ilin yanvarın birindən qüvvəyə minəcək".