İsrail bölgəni dini qarşıdurmaya sürükləyir – Həyəcan təbili çalındı

İsrailin nəzarətində olan Qərbi-Qüdsdəki Məscidül-Əqsa müsəlmanların ilk qibləsi kimi özəlliyə malikdir
Sputnik

BAKI, 20 fevral — Sputnik. "Xalqımız, müsəlmanlar və xristianların müqəddəs dəyərlərin pozulması, şəhid və həbsdə olan fələstinlilərin ailələrinə ödənilən vəsaitin kəsilməsi kimi irqçi qərarlar, tərəflər arasında imzalanan bütün razılaşmaların və beynəlxalq hüquq normalarının pozulmasıdır".

Sputnik Azərbaycan"Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin Dövlət Nazirliyinin yaydığı bəyanatda bildirilir.

İsrail qırıcıları Qəzzanı bombalayıb

Məscidül-Əqsaya qarşı son qadağaların qınandığı və İsrailin bölgəni dini qarşıdurmaya sürükləməsi qeyd olunan bəyanatda İsrail güclərinin qadağaları və bununla bağlı tədbirləri davam etdirməsi durumunda təhlükəli vəziyyətin yarana biləcəyi qeyd olunub.

Qeyd edək ki, İsrail polisi bazar günü Məscidül-Əqsaya 2003-cü ildən bəri giriş çıxışı bağlı saxlanılan şərq hissəsindən Rəhmət Qapısına aparan nərdivanların yuxarı hissəsində olan qapını zəncirləyib.

Bununla bağlı Məscidül-Əqsada toplanan bir qrup fələstinli gənc sözü gedən qapını qırıb. İsrail polisi gənclərdən bəzilərini saxlayıb.

Xatırladaq ki, İsrailin nəzarətində olan Qərbi Qüdsdə yerləşən Məscidül-Əqsa müsəlmanların ilk qibləsi kimi özəlliyə malikdir.