İraqlı qadının dünyaya gətirdiyi 7 uşaq ölüb – Müəmma var

Uşaqların atası bildirib ki, o və həyat yoldaşı uşaq planlaşdırmadıqlarından hamiləlik onlar üçün gözlənilməz olub
Sputnik

BAKI, 20 fevral — Sputnik.  İraqda çoxuşaqlı ananın dünyaya gətirdiyi 7 yeni doğulmuş körpəsi bir neçə gün öncə xəstəxanada ölüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraqın əl–Sumaria kanalı məlumat yayıb. Uşaqların ölüm səbəbi açıqlanmayıb.

Daha əvvəl isə qərb mətbuatında 26 yaşlı iraqlı qadının bir dəfəyə təbii yolla 7 uşaq - 6 qız və 1 oğlan dünyaya gətirdiyi barədə məlumat verilmişdi. Bununla yanaşı gənc ananın 3 uşağı da var.

Uşaqların atası bildirib ki, o və həyat yoldaşı uşaq planlaşdırmadıqlarından hamiləlik onlar üçün gözlənilməz olub.

Qeyd edək ki, həkimlər dünyaya gələn 7 əkiz uşağın sağlam olduğunu bildirmişdi.