BAKI, 20 fevral — Sputnik. Bu gün Azərbaycanda qışın daha soyuq hesb edilən dövrü - Kiçik çillə başa çatır. Sputnik Azərbaycan xəbər verir ki, sabahdan onu Boz ay əvəzləyəcək.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır.
Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.
Martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
Xatırladaq ki, Novruz bayramında 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.