HADİSƏ

Metroda ölüm hadisəsi baş verib

İlkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb
Sputnik

BAKI, 20 fevral — Sputnik. Bu gün səhər saatlarında Nərimanov metrostansiyasında ölüm hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə 08:50-də baş verib. Ölən şəxs Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Hidayət Ömərovdur.

Hidayət Ömərov öz əcəli ilə ölüb. Hadisə baş verən zaman onun həyat yoldaşı da yanında olub. İlkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.