MƏDƏNİYYƏT

Azərbaycanlı məşhur dünyanın gözlədiyi serialda rol alacaq

Azərbaycanlı məşhur "La Case De Papel"də görüntülənəcək
Sputnik

BAKI, 20 fevral — Sputnik. 36 yaşlı azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bu dəfə də rol alacağı serialda fərqli obraz canlandıracaq. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, məşhurun "La Casa De Papel"də rol alacağı söylənilir.

Bundan başqa, Nəsrin Cavadzadənin 2 əcnəbi dil öyrənəcəyi haqda məlumatlar yayılıb.

Azərbaycan dilindən əlavə rus, ispan, ingilis dilini bilən aktrisanın ərəb və yapon dilini öyrənəcəyi deyilir.

Aktrisa haqda yayılan xəbərlər onun köməkçisi tərəfindən də təsdiqlənib: "Bu xəbərlərin bir qismi doğrudur. Hazırda ikitərəfli görüşlər keçirilir".