RUSİYA

Beşinci sinif şagirdini döyən valideynlər haqqında cinayət işi açılıb

Hadisə yerli məktəblərin birində baş verib
Sputnik

 

BAKI, 20 fevral — Sputnik. Pirimorsk diyarında 5-ci sinif şagirdinin başını unitaza soxan valideynlər haqqında cinayət işi açılıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu fakt üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib və şahidlər dindirilir. Bundan başqa təhqiqatçılar məktəb rəhbərliyinin işini də dəyərləndirəcək. Primorsk prokurorluğu faktla bağlı araşdırma aparır.

Xatırladaq ki, hadisə yerli məktəblərin birində baş verib. Bir neçə şagirdin valideynləri 12 yaşlı uşağı tualetə salıb, döyüb, başını unitaza soxublar. Onların sözlərinə görə, oğlan mütəmadi olaraq onların uşaqlarını ələ saldığı üçün onlar bu addımnı atıblar. Uşağın hansı xəsarətlər aldığı barədə məlumat verilmir.

Valideynlər polisə və məktəb rəhbərliyə şikayət etsələr də, 5-ci sinif şagirdinin xuliqanlığına son qoyulmayıb. Bəzi məlumatlara görə, onun günahı ucbatından bir qız xəstəxanaya düşüb.