Türkiyə Böyük Millət Məclisinin sədri postu MHP-çiyə həvalə edilib

TBMM-nin yeni sədri seçilənədək Cəlal Adan sədr vəzifəsini müvəqqəti icra edəcək
Sputnik

BAKI, 19 fevral — Sputnik. İstefa verən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım öz postunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbul millət vəkili Cəlal Adana təhvil verib. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, TBMM-nin yeni sədri seçilənədək Cəlal Adan sədr vəzifəsini müvəqqəti icra edəcək.

Yıldırım istefasını martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində İstanbulun meri postuna namizədliyini irəli sürməsi ilə əlaqələndirib.