CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Martda minimum əmək pensiyası 50 manat artacaq

Əmək pensiyalarının minimum məbləğinin artımı təsdiq edilib
Sputnik

BAKI, 19 fevral-Sputnik. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Pensiya və sosial yardımlarla bağlı dəyişiliklər edilir

Sputnik Azərbaycan xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur.

Qanunun 6-1-ci maddənin mətni yeni redaksiyada verilir: "Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, hazırda əmək pensiyasının minimum məbləği 110 manatdır.