BAKI, 18 fevral — Sputnik. Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazirliyin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin olunub.
KTN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu vəzifəyə Elnur Heydərov gətirilib.
Məlumat üçün bildirək ki, yeni direktor buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb. Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə tabe olan 7 elmi-tədqiqat institutundan biridir.