Türkiyədə 176 nəfər həbs edilib

Bu gün səhər 53 əsgər nəzarətə götürülüb
Sputnik

BAKI, 19 fevral — Sputnik. İstanbul Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində bu gün səhər saatlarında 53 əsgər nəzarətə götürülüb. 

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 53 vəzifəli hərbçinin saxlanılmasından sonra İzmir Prokurorluğu “FETÖ”-cü olduğu şübhəli bilinən 176 nəfər haqqında həbs qərarı verilib.