CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə çarəsiz qalan azərbaycanlılar Ərdoğana müraciət etdilər

Səhiyyə və təhsil haqqından yararlana bilməyən, sığortalı bir işdə çalışa bilməyən qardaşlar səlahiyyətli şəxslərdən yardım istəyiblər
Sputnik

BAKI, 19 fevral — Sputnik. 12 il əvvəl anaları ilə Türkiyənin Bursa şəhərinə gedən azərbaycanlı qardaşlar 21 yaşlı Sabir Bağırov və 19 yaşlı Zaminkar Bağırov Türkiyədə şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün bu ölkənin vətəndaşlığını ala bilməyiblər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün Azərbaycana da qayıda bilməyən qardaşlar indi ortada vətənsiz qalıblar.

Səhiyyə və təhsil haqqından yararlana bilməyən, sığortalı bir işdə çalışa bilməyən qardaşlar səlahiyyətli şəxslərdən yardım istəyiblər.

Türkiyədə çarəsiz qalan azərbaycanlılar Ərdoğana müraciət etdilər

Qardaşların sözlərinə görə, 12 il əvvəl anaları atalarından ayrılaraq Türkiyəyə köçüb və ailə həyatı qurub. Ögey ataları ilə yola gedə bilməyən qardaşlar bir müddət sonra kirayə ev tutublar. Günlük işlərdə çalışaraq özlərini dolandırmağa başlayıblar.

"Sevgilimlə ailə həyatı qurmaq istəyirəm, amma sənədlərim olmadığı üçün bunu edə bilmirəm. Mən Türkiyə vətəndaşı olmaq, işləmək, əsgər getmək, sevdiyim qız ilə ailə həyatı qurmaq istəyirəm" - deyən Sabir Bağırov Türkiyə prezidentindən yardım istəyib.