Qış sona yaxınlaşsa da, qarlı havanı səbirsizliklə gözləyən paytaxt sakinləri nə qartopu oynaya, nə də qar adamı düzəldə bildilər. Bu səbəbdən də, səhər tezdən yuxudan ayılan zaman qar dənəciklərini görənlər xeyli sevindilər. Amma təəssüflər olsun ki, böyük qar dənələri yerə çatanda əriyirdi – Bakıda bu il ilk dəfə sulu qar yağdı.
Sinoptiklərin proqnozuna görə, çərşənbə axşamı yağıntı dayanacaq. Amma onu da bildiriblər ki, Bakı ətrafındakı kəndlərdə və eləcə də yüksəklik ərazilərdə gecə yollar buz bağlayacaq və yaman sürüşkən olacaq.